Peter Magyar macarları seçkilərdə səs verməyə çağırıb - "Son bir neçə ildir yaşadığımız kabus bu gecə bitəcək"
Peter Magyar macarları seçkilərdə səs verməyə çağırıb - "Son bir neçə ildir yaşadığımız kabus bu gecə bitəcək"

Macarıstanın “Tisza” müxalifət partiyasının lideri Péter Magyar macarları səs verməyə çağırıb və bu günün Macarıstan tarixinin yazıldığı gün olduğunu qeyd edib.

“Bu gecə son bir neçə ildir yaşadığımız kabus bitəcək”, – Magyar videomüraciətində bildirib.

“Tisza” partiyası liderinin sözlərinə görə, bu gün bir çox macar “sistemi dəyişdirmək və tarix yazmaq” uğrunda mübarizə aparır.

Peter Magyar vətəndaşlardan hər kəsə bunun “həlledici seçkilər” olduğunu xatırlatmağı xahiş edib, çünki onun dediyinə görə, “uzun müddət belə bir şans olmayacaq”.