Peter Madiar – Ölkədə fəaliyyət göstərən yeganə atom elektrik stansiyası Dunay çayında su səviyyəsinin kəskin azalması səbəbindən 2 avqust tarixində tamamilə dayandırılacaq
Macarıstanın baş naziri Peter Madiar bəyan edib ki, ölkədə fəaliyyət göstərən yeganə “Pakş” atom elektrik stansiyası Dunay çayında su səviyyəsinin kəskin azalması səbəbindən 2 avqust tarixində tamamilə dayandırılacaq.
“Dunay çayında su səviyyəsinin daha da aşağı düşməsi səbəbindən gecə saat 01:30-da “Pakş” atom elektrik stansiyasının sonuncu fəaliyyət göstərən enerji bloku da dayandırılacaq. Bundan sonra elektrik stansiyasının gücü cəmi 240 meqavat təşkil edəcək, sabah isə, 44 il ərzində ilk dəfə olaraq, fəaliyyətini tamamilə dayandıracaq”, – Madiar sosial şəbəkədə yazır.
Eyni zamanda, “Pakş” atom elektrik stansiyasının mətbuat xidməti Macarıstan əhalisini yaxın günlərdə elektrik enerjisi istehlakını azaltmağa, xüsusilə axşam pik saatlarında, 17:00-dan 22:00-dək qənaət etməyə çağırıb.