Peter Fişer Rustaveli prospektində Elene Xoştaria və Qedevan Popxadze ilə görüşdü
Peter Fişer Rustaveli prospektində Elene Xoştaria və Qedevan Popxadze ilə görüşdü

Almaniya səfiri Peter Fişer “Droa”nın lideri Elene Xoştaria və sabiq deputat Qedevan Popxadzenin aclıq aksiyası keçirdikləri Rustaveli prospektinə gəlib.

Almaniya səfiri Xoştaria və Popxadze ilə danışıb.

Xoştarianın Fişerlə söhbətindən sonra bildirdiyi kimi, bu həmrəylik aktı olub.

“Bu, hər şeydən əvvəl burada mübarizə aparan insanlara dəstək məqsədi daşıyan bir həmrəylik aktı idi. Almaniya, ümumiyyətlə, bizim qərbli tərəfdaşlarımız hamı yaxşı bilir ki, bura azadlıq uğrunda, Avropa və gürcü ideyası uğrunda mübarizə yeridir. Müvafiq olaraq, bütün aclıq çəkən insanların bu qədər tez, dərhal görünməsi çox vacibdir. Dəstək sözləri səsləndirildi, həmçinin bildirildi ki, Almaniya və Avropa İttifaqı gürcü xalqı üçün mütləq şəkildə çalışmağa hazırdırlar ki, bu dəstək möhkəm olsun, davam etsin və belə də davam edəcək”, – Xoştaria bildirib.