Perunun sabiq prezidenti Alberto Puximori dünyasını dəyişib
Perunun sabiq prezidenti Alberto Puximori 86 yaşında dünyasını dəyişib. Puximori xərçənglə mübarizə aparırdı.
Əslən Yaponiyalı olan Alberto Puximori 1990-2000-ci illərdə Perunun prezidenti olub.
Alberto Puximorinin on illik hakimiyyəti dövründə Peruda iki üsyan baş verdi və üsyanın yatırılması zamanı 69.000-dən çox insan həlak oldu.
2000-ci ildə Puximori üçüncü müddətə prezident seçkilərində qalib gəldi, müxalifət seçkilərin saxtalaşdırıldığını dedi. Həmin ilin sonunda Puximori Perunu tərk etdi və Yaponiyaya getdi.
2009-cu ildə Perunun məhkəməsi Alberto Puximorini korrupsiya və insan haqlarının pozulmasına görə 25 il həbs cəzasına məhkum etdi.
2017-ci ildə Perunun Prezidenti Pedro Pablo Kuçinski səhhətinin pisləşməsi ilə əlaqədar Alberto Puximorini əfv etdi. Puximori 2023-cü ilin dekabrında, 15 illik həbsdən sonra həbsxananı tərk etdi.