Peruda, Naska xətləri üzərində uçuş zamanı turist təyyarəsi qəzaya uğrayıb, 13 nəfər həlak olub

10:59, 02.08.2026

Perunun cənub hissəsində, Naska xətləri arxeoloji kompleksinin üzərində uçuş zamanı kiçik turist təyyarəsi qəzaya uğrayıb, nəticədə 13 nəfər həlak olub. Bu barədə məlumatı “Reuters” yayır.

Təyyarədə 11 sərnişin və iki pilot olub.

Yerli hakimiyyətin məlumatına görə, kiçik təyyarə Perunun Aerodiana aviaşirkətinə məxsus olub.

Şirkət hadisə ilə bağlı heç bir şərh verməyib. Təyyarə qəzasının səbəbi hələlik məlum deyil. Yerli hakimiyyətin bildirdiyinə görə, hadisə ilə bağlı istintaq başladılıb.

Məlumat üçün bildirək ki, Naska xətləri Perunun əsas turistik məkanlarından biridir. Səhrada qazılmış nəhəng təsvirləri və həndəsi fiqurları hər il təxminən 100 000 turist kiçik təyyarələrdən izləyir.

Oxşar