Pentaqon - Ukrayna yaxın həftələrdə "Bradley" tipli piyada döyüş maşınlarını alacaq
Pentaqon - Ukrayna yaxın həftələrdə "Bradley" tipli piyada döyüş maşınlarını alacaq

 

Ukrayna yaxın həftələrdə “Bradley” tipli piyada döyüş maşınları alacaq-müvafiq məlumatı “Amerikanın səsi”nin Ukrayna redaksiyası Pentaqonun nümayəndəsinə istinadən yayır.

ABŞ Müdafiə Nazirliyində qeyd edildiyi kimi, Vaşinqtonun elan etdiyi son hərbi yardım paketi Ukraynaya döyüş meydanında qüvvələr balansını dəyişdirmək üçün dərhal istifadə edə biləcəyi imkanların verilməsinə yönəlib.

Medianın yaydığı məlumatda 109 ədəd “Bradley” tipli piyada döyüş maşınının ABŞ-ın elan etdiyi əvvəlki iki hərbi yardım paketində nəzərdə tutulduğu deyilir.