Pentaqon - ABŞ Suriyanın cənub-şərqindəki iki İran bazasına hava zərbələri endirib
Pentaqon - ABŞ Suriyanın cənub-şərqindəki iki İran bazasına hava zərbələri endirib

ABŞ Suriyanın cənub-şərqindəki iki İran bazasına hava zərbələri endirib.

ABŞ müdafiə naziri Lloyd Ostin bildirib ki, hücumlar “İran İslam İnqilabı Keşikçiləri Korpusu və İrana bağlı qruplar tərəfindən istifadə edilən” obyektləri hədəf alıb.

“Zərbələr təlim obyektlərinin, Abu Kamal və Mayadin şəhərlərinin yaxınlığında həyata keçirilib, müvafiq olaraq prezidentin ABŞ personalının təhlükəsizliyindən üstün prioriteti yoxdur və o, ABŞ-ın özünü, şəxsi heyətini və maraqlarını qoruyacağını nümayiş etdirmək üçün bugünkü addımı atıb”- Ostin bildirib.

Xatırladaq ki, çərşənbə günü ABŞ Suriyada, Pentaqonun məlumatına görə, İran İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən istifadə edilən silah anbarını məhv edib.