Pensiya Fondunun göstəricilərinə görə, pensiya yığımından 26.820 nəfər faydalanıb və onlara pensiya olaraq 124 milyon lari ödənilib
Gürcüstan Pensiya Fondu 2025-ci il 31 dekabr tarixinə olan statistik göstəriciləri yayır.
Pensiya Fondunun göstəricilərinə görə, pensiya sxemində iştirak edənlərin sayı 1 milyon 706 min nəfərdir.
“31 dekabr 2025-ci il tarixinə olan vəziyyətə görə, pensiya yığımından 26.820 nəfər faydalanıb və onlara 124 milyon lari pensiya verilib. Dekabrın sonu üçün Gürcüstan Pensiya Fondunun aktivləri 8.2 milyard lari, yaratdığı gəlir isə 2.2 milyard lariyi keçib”, – pensiya fondunun məlumatında deyilir.