Penitensiar Xidmət - Saakaşvili dünən özünü pis hiss edib və ona yerində ilkin tibbi yardım göstərilib, rentgen də çəkilib və heç bir zədə aşkar edilməyib
Xüsusi Penitensiar Xidmət bildirir ki, Mixeil Saakaşvili dünən özünü pis hiss edib və cəzaçəkmə müəssisəsinin həkimləri tərəfindən ona yerindəcə ilkin tibbi yardım göstərilib.
Nanuka Jorjoliani bu gün sosial şəbəkədə bildirib ki, Saakaşvili kamerada huşunu itirib və yıxılarkən yuxarı və aşağı ətraflarından xəsarət alıb.
Penitensiar Xidmətin bildirdiyinə görə, Saakaşvili həmçinin rentgen müayinəsindən keçib və heç bir xəsarət qeydə alınmayıb.