Pekin Cozef Borrellin Çinə səfərini ləğv edib
Pekin Cozef Borrellin Çinə səfərini ləğv edib

 

Pekin Aİ-nin ali nümayəndəsi Cozef Borrellin Çinə planlaşdırılan səfərini ləğv edib. Bu barədə Reuters yazır.

Mətbuatın yazdığı kimi, səfərin ləğvinin səbəbləri hələlik açıqlanmır.

“Təəssüf ki, çinli həmkarlarımız gələn həftə planlaşdırılan səfərin mümkün olmadığını bizə bildirdilər və indi biz alternativ axtarmalıyıq”- deyə Aİ-nin sözçüsü Nabila Masralın bəyanatında deyilir.

Medianın yaydığı məlumata əsasən, Borrell iyulun 10-da Pekində çinli həmkarı ilə görüşməli, strateji məsələləri, o cümlədən insan haqları və Rusiyanın Ukraynadakı müharibəsini müzakirə etməli idi.

Məlumat üçün bildirək ki, Borrellin Çinə səfəri bu il ikinci dəfə ləğv edilib.