Pedro Sançez – Livanın yeni Qəzzaya çevrilməsinə imkan verməyək, Avropa beynəlxalq humanitar hüququn açıq şəkildə pozulması fonunda ardıcıl şəkildə hərəkət etməlidir

23:06, 10.04.2026

İspaniya Baş naziri Pedro Sançez Avropanı Livanı “yeni Qəzza”ya çevirməməyə çağırıb.

Sançezin dediyinə görə, Avropa beynəlxalq humanitar hüququn pozulmasına ardıcıl reaksiya verməlidir.

“Livanın yeni Qəzzaya çevrilməsinə imkan verməyək. Əgər dünyanın qalan hissəsinin Ukraynanın işğalçı dövlət olan Putin Rusiyasına qarşı apardığı azadlıq mübarizəsini başa düşməsini və dəstəkləməsini istəyiriksə, Avropa beynəlxalq humanitar hüququn açıq şəkildə pozulması fonunda ardıcıl şəkildə hərəkət etməlidir”, – deyə Sançez bildirib.

Bununla yanaşı, İspaniya Baş naziri hesab edir ki, Aİ İsrail ilə assosiasiya müqaviləsini dayandırmalıdır.

“Dünən İspaniya hökuməti və şəxsən mən ardıcıllıq naminə Avropa İttifaqının İsrail ilə Assosiasiya Sazişini dayandırması təklifini təqdim etdik, çünki bu, açıq-aydın sazişin bir çox maddəsini, xüsusən də beynəlxalq hüquqa və humanitar hüquqa hörmətlə bağlı maddələrini pozur”, – Pedro Sançez qeyd edib.

Oxşar