Pedro Sançes – yeni şər dalğası Ukraynanı və günahsız ukraynalıları məhv etməyə yönəlib, dünya nizamı qalib gələcək, bunun üçün birlik və güc labüddür
Yeni şər dalğası Ukraynanı və günahsız ukraynalıları məhv etməyə yönəlib. Bu ən qəddar yanaşma və Rusiya prezidentinin qəddar hərəkətidir – bu barədə İspaniyanın baş naziri Pedro Sançes Madriddə NATO Parlament Assambleyasında çıxışı zamanı bildirib.
O , dünya nizamının qalib gələcəyini, bunun üçün birlik və gücün labüd olduğunu bildirib.
“Biz multilateralizm və qanunun aliliyinə arxalanmalıyıq və mübarizə aparmalıyıq. Balidə keçirilən G20 zirvə toplantısında biz konsensusa əsaslanan qərara gəldik. Biz yekdilliklə Rusiya Federasiyasının Ukraynaya hücumunu pislədik. Buna baxmayaraq, həmin gün Vladimir Putin müharibə başlayandan bəri Ukrayna şəhərlərinə və mülki infrastruktura ən böyük hücumu həyata keçirdi. Bu yeni şər dalğası birbaşa Ukraynanın və ukraynalıların məhvinə yönəlib. Bu ən qəddar yanaşma və Rusiya prezidentinin qəddar hərəkətidir. Dünya nizamı qalib gələcək və biz buna necə nail olacağımızı bilirik. Bunun üçün birlik və güc labüddür” – deyə Pedro Sançes bildirib.