Pedro Sançes – Gəlin sosial medianı yenidən möhtəşəm edək
“Gəlin sosial medianı yenidən möhtəşəm edək”, – İspaniyanın Baş naziri Pedro Sançes Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxışı zamanı bildirib.
Pedro Sançes sosial medianın mənfi cəhətlərindən danışıb və alqoritmlərin cəmiyyəti zəhərlədiyini və sosial media sahiblərinin buna görə məsuliyyət daşımalı olduğunu qeyd edib.
“Rəqəmsal platformaları ilkin olan məqsədlərinə qaytaraq və onları söhbət üçün təhlükəsiz, ədalətli məkanlara çevirək. Gəlin sosial medianı demokratiyamızı sarsıtmaq üçün alətə çevirmək istəyənləri dayandıraq”, – İspaniyanın baş naziri bildirib.
Sançesin söylədiyinə görə, sosial mediada anonimlik təhlükəlidir və buna son qoyulmalıdır. Bununla bağlı o, Avropa Şurasının iclasında şəffaflığı təşviq edəcək anonimliyin ləğv edilməsini təklif edəcək.
“Hamımız qorxuruq, çünki mübarizə apardığımız xalq son dərəcə güclüdür. Onların demək olar ki, qeyri-məhdud maliyyə, texnoloji resursları və çox təhlükəli müttəfiqləri var. Onlar əxlaq qaydalarımıza hörmət etmədikləri üçün çirkin oynayırlar”, – Sançes bildirib.