Pedro Sançes bildirir ki, Rusiya kimi İsrail də Avroviziya Mahnı Müsabiqəsində iştirak etməməlidir
Pedro Sançes bildirir ki, Rusiya kimi İsrail də Avroviziya Mahnı Müsabiqəsində iştirak etməməlidir. Pedro Sançes bu barədə Madriddə keçirilən tədbirdə çıxışı zamanı danışıb. Pedro Sançes ukraynalılar və fələstinlilərlə həmrəy olduğunu bildirib.
“İspaniyanın beynəlxalq hüquqa və insan haqlarına sadiqliyi daimi və ardıcıl olmalıdır, o cümlədən Avropada da. Məhz buna görə də üç il əvvəl Rusiyanın Ukraynaya müdaxiləsi və Rusiyanın beynəlxalq yarışmalardan, o cümlədən ötən həftə sonu gördüyümüz Avroviziyadan kənarlaşdırılması tələbi səslənəndə, heç kimin təəccüblənmədiyini düşünürəm. Müvafiq olaraq İsrail də iştirak etməməlidir, çünki mədəniyyətdə də ikili standartlara yol verə bilmərik. Müharibə və bombardmanların mənasızlığından əziyyət çəkən Ukrayna və Fələstin xalqına həmrəyliyimi göndərirəm”, – Sançes bildirib.
Xatırladaq ki, ötən il İspaniya hökuməti Fələstin dövlətini rəsmi olaraq tanıyıb.