Pedro Aqramun Avropa Şurasının Parlament Assambleyasını tərk edir
Pedro Aqramun Avropa Şurasının Parlament Assambleyasını tərk edir

Avropa Şurasının Parlament Assambleyasının sabiq prezidenti, skandallarla məşhur olan Pedro Aqramun PASE-yi tərk edir.

Getməsinin səbəbi isə, ona qarşı tətbiq edilən sərt sanksiyalardır.

Xatırladaq ki, keçən həftə PASE bir neçə deputata qarşı sərt sansksiyalar tətbiq etdi.

Təşkilat bir neçə üzvünü korrupsiya ilə ittidam edir.

Söhbət dörd deputatdan gedir, hansılarının adları müstəqil komisiya tərəfindən yayılan hesabata daxil edilib. Sənədin müəllifi Parlament Assambleyasının bəzi üzvünü korrupsiya ilə ittiham edir.

İstintaqa əsasən, söhbət əsasən Azərbaycan iqtidarından rüşvət almaqdan gedir.

Avropa Şurasının Parlament Assambleyasının qaydalar və prosedurlar komitəsi müəyyən etdi ki, dörd deputat davranış məcəlləsini kobud şəkildə pozdu və onların səlahiyyətləri müvəqqəti olaraq, məhdudlaşdırılmalıdır.

Məsələn, onlar yüksək vəzifələrə təyin edilməyəcəklər, müxtəlif ölkələrdə mövcud olan vəziyyət haqqında hesabatları artıq hazırlaya bilməyəcəklər və seçkiləri müşahidə edə bilməyəcəklər.

On illik müddət ilə sanksiyalar Avropa Parlament Assambleyasının sabiq prezidenti Pedro Aqramuna qarşı da tətbiq olundu.

Sanksiyalar həmçinin, azərbaycanlı Səməd Seyidova və İspaniyalı Jord Şukla qarşı tətbiq olundu.

Qeyd olunan deputatların Avropa Parlament Assambleyasının və yaxud komitələrinin adı ilə bəyanatlar vermək hüquqları olmayacaq.

Onlar həmçinin, Parlament Assambleyasının prezidentini də seçə bilməyəcəklər.