Paytaxtın doqquz ictimai məktəbində məktəbəhazırlıq qrupları açılır
Paytaxtın doqquz ictimai məktəbində məktəbəhazırlıq qrupları açılır – bu barədə məlumatı Tbilisi Uşaq Bağçalarının İdarə edilməsi Agentliyi yayır.
Onların məlumatına görə, məktəbəhazırlıq proqramının müddəti gündə üç saat təşkil edir.
“Tbilisi uşaq bağçalarının məktəbəhazırlıq qruplarının yetirmələri İnnovasiya, İnklüzivlik və Keyfiyyət Layihəsi – Gürcüstan I2Q (WB) proqramından yararlana bilərlər. Layihə Gürcüstanın Elm, Təhsil və Gənclər Nazirliyi ilə Dünya Bankının birgə maliyyələşdirməsi əsasında həyata keçirilir və onun çərçivəsində Tbilisinin doqquz ictimai məktəbində məktəbəhazırlıq qrupları fəaliyyətə başlayacaq. Layihənin məqsədi məktəbəhazırlıq və ibtidai təhsil mərhələlərini bir-biri ilə əlaqələndirməkdir. “Erkən və Məktəbəqədər Tərbiyə və Təhsil haqqında Gürcüstan Qanunu“na uyğun olaraq, məktəbəhazırlıq proqramının müddəti gündə üç saat təşkil edir.
Layihəyə aşağıdakılar daxildir:
1. Tbilisinin Akaki Kiviladze adına 8 nömrəli ictimai məktəbi
2. Tbilisi şəhərinin 132 nömrəli ictimai məktəbi
3. Tbilisi şəhərinin 108 nömrəli ictimai məktəbi
4. Tbilisi şəhərinin 145 nömrəli ictimai məktəbi
5. Tbilisi şəhərinin 168 nömrəli ictimai məktəbi
6. Tbilisi şəhərinin 215 nömrəli ictimai məktəbi
7. Tbilisi şəhərinin 169 nömrəli ictimai məktəbi
8. Tbilisi şəhərinin 92 nömrəli ictimai məktəbi
9. Nikoloz Barataşvili adına Tbilisi şəhərinin 212 nömrəli ictimai məktəbi
Qeyd olunan məktəbəhazırlıq qruplarında qeydiyyatdan keçmək istəyənlər müvafiq ərizəni sentyabrın 12-dək agentliyin [email protected] elektron poçt ünvanına göndərməlidirlər”, – məlumatda qeyd olunub.