Paytaxtda əsas şam ağacı işıqlandırıldı [Foto]
Paytaxtda əsas şam ağacı işıqlandırıldı [Foto]

Birinci Respublika meydanında paytaxtın əsas şam ağacı təntənəli şəkildə işıqlandırıldı.

Yeni il ağacının yandırılmasından əvvəl teatrlaşdırılmış musiqili tamaşa, akrobatik və rəqs nömrələri təqdim olundu. Oskar Uayldın məşhur nağılı “Ulduz Oğlan”ın final səhnəsi nümayiş etdirildi.

Tədbirdə paytaxtın meri Kaxa Kaladze, Gürcüstanın Baş naziri İrakli Kobaxidze, parlamentin sədri Şalva Papuaşvili iştirak edirdi.

Tbilisi meri Kaxa Kaladze əhalini qarşıdan gələn Milad və Yeni il münasibətilə təbrik etdi.

“Bütün Gürcüstanı bütün bölgələri, şəhərləri, kəndləri salamlayıram, xaricdə yaşayan həmvətənlərimizi salamlayıram, Gürcüstanın Baş naziri İrakli Kobaxidzeni, Parlamentin sədri Şalva Papuaşvilini salamlayıram. Xüsusi ehtiramla Tbilisini salamlayıram. Xüsusi sevgi ilə buradakı balacalara salam göndərirəm — onların parlaq, şən və xoşbəxt simaları, Yeni ili böyük sevgi ilə gözləmələri, gözəl paytaxtımızı xeyirxahlıqla doldurur. Bir neçə dəqiqəyə paytaxtın əsas şam ağacı işıqlandırılacaq. Həmçinin bu gündən etibarən hər il xüsusi xatirələrlə və emosiyalarla bağlı olan Yeni il kəndi açılacaq. Əminəm ki, paytaxtımız bu il də xüsusi olacaq. Milad ağacı işıqlandırılarkən insanlar həmişə arzular diləyirlər. Təbii ki, çoxlu arzular var, amma xüsusi bir arzu var – sülh, çünki sülh yaxşılıq, inkişaf, tərəqqi və firavanlıq gətirir. Qoy, bütün Gürcüstanda, bütün dünyada sülh hökm sürsün. Bizim gözəl Tbilisimiz və Gürcüstanımız xeyirlə dolsun. Sizi Milad bayramı və Yeni ilin başlanğıcı, Yeni il günlərinin başlanması münasibətilə əvvəlcədən təbrik edirəm”, – deyə Kaxa Kaladze tədbirdə çıxışı zamanı bildirib.

Bu ilki Yeni il şüarı “Xeyirxahlıqla dolu şəhər”dir.