Paytaxt Büdcəsindən "Oynaqların endoprotezləşdirilməsi" proqramının maliyyələşdirilməsi davam edir
Tbilisi meriyası bu il də “Oynaqların endoprotezləşdirilməsi” proqramını həyata keçirməyə davam edəcək, – bu barədə aytaxtın meri Kaxa Kaladze munisipalitetin bu gün keçirilən iclasında bildirib.
Onun dediyinə görə, munisipalitet ehtiyacı və zərurəti olanlara hər cür kömək edəcək.
“Sosial və səhiyyə proqramları büdcəmizdə çox mühüm yer tutur. Biz hələ də dəstəyimizə ehtiyacı olan bütün insanlara kömək edirik. Buna görə də mən çox vacib proqram haqqında ictimaiyyətə məlumat vermək istəyirəm. Bu, “Oynaqların endoprotezləşdirilməsi” proqramıdır. Son iki il ərzində davamlı və eyni vaxtda, proqrama qoşularkən Tbilisi munisipalitetində qeydiyyatda olan və ümumi səhiyyə proqramı çərçivəsində qeyd olunan xidmətin maliyyələşdirilmədiyi Gürcüstan vətəndaşları proqramdan faydalana bilərlər. Proqramın istifadəçisi sərbəst şəkildə tibb müəssisəsi və protez növləri arasında seçim etmək imkanına malikdir. Proqram çərçivəsində bir vətəndaş 6000 lari ilə maliyyələşdirilir”, – Kaxa Kaladze qeyd edib.
Onun dediyinə görə, xidmət almaq istəyən vətəndaş və ya onun qanuni nümayəndəsi zəruri sənədləri xüsusi elektron modula yükləmək üçün müvafiq tibb müəssisəsinə müraciət etməlidir.
Tbilisi merinin izah etdiyinə görə, əgər vətəndaş özəl sığortadan istifadə edirsə, o zaman tibb müəssisəsi tələbi modula yüklədikdən sonra o və ya onun nümayəndəsi özəl sığorta şirkətindən meriyaya arayış təqdim etməlidir.
“Proqramın başlanğıcından, 2023-cü ilin sentyabrından bu günə qədər biz 812 halı maliyyələşdirdik. Bir daha ehtiyacı olan vətəndaşlara hazır olduğumuzu və dəstəyimizi ifadə etmək istəyirəm. Siz bu proqramdan faydalana bilərsiniz və munisipalitet hər zaman sizin yanınızda olacaq. Mövcud problemi həll etmək üçün sizə mümkün qədər kömək edəcəyik”, – Tbilisi meri qeyd edib.