Pavel Herçinski - Qələbə Günü ilə Avropa Günü arasında heç bir ziddiyyət yoxdur, bu qələbə uğrunda canını fəda edən hər kəsə böyük hörmətimiz var
Avropa İttifaqının tarixi, onun Avropa tarixində ən uğurlu sülh layihəsi olduğunun ən yaxşı sübutudur, – bu barədə Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herçinski Avropa Günü ilə bağlı tədbirdə jurnalistlərlə söhbəti zamanı bildirib.
Onun sözlərinə görə, Faşizm üzərində Qələbə Günü ilə Avropa Günü arasında heç bir ziddiyyət yoxdur.
“Qələbə Günü ilə Avropa Günü arasında heç bir ziddiyyət yoxdur. Hər kəsin bildiyi kimi, Avropa İttifaqı İkinci Dünya Müharibəsinin külləri üzərində qurulub. Bu qələbə uğrunda canlarını fəda edən hər kəsə böyük hörmətimiz var, məhz Avropa İttifaqı da buna görə yaradılıb. Avropa İttifaqının tarixi onun Avropa tarixində ən uğurlu sülh layihəsi olduğunun ən yaxşı sübutudur. 80 illik sülh və inkişaf dövründə biz Gürcüstanın Avropa İttifaqına üzv olması üçün bu imkanı genişləndirdik. Mən səmimi şəkildə ümid edirəm ki, bu tarixi fürsət əldən verilməyəcək”, – deyə Herçinski bildirib.