Pavel Herçinski - Gürcüstan hökumətinə birbaşa dəstəyimiz mərhələli şəkildə azalacaq və vətəndaş cəmiyyətinə, mediaya dəstək üçün yönəldiləcək
Pavel Herçinski - Gürcüstan hökumətinə birbaşa dəstəyimiz mərhələli şəkildə azalacaq və vətəndaş cəmiyyətinə, mediaya dəstək üçün yönəldiləcək

 
Avropa İttifaqının liderləri Gürcüstanın Müdafiə Nazirliyinə köçürməyi planlaşdırdığımız 30 milyon avronu dondurmaq qərarını veriblər -bu haqda Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herçinski deyib.

“Avropa İttifaqı və Gürcüstan arasında təhlükəsizlik və müdafiə əməkdaşlığına gəlincə, təəssüf ki, sizə bildirməliyik ki, liderlər Gürcüstanın müdafiə qüvvələrini dəstəkləmək üçün ödədiyimiz pulu dondurmaq qərarını veriblər. Onun adı “Avropa Sülh Fondu”dur. Beləliklə, hazırda Gürcüstanın Müdafiə Nazirliyinə köçürməyi planlaşdırdığımız 30 milyon avro məbləğində vəsait dondurulub. Bu, yalnız ilk addımdır, başqa addımlar da olacaq. Gürcüstan hökumətinə birbaşa dəstəyimiz məhdudlaşdırılmış olacaq.

Çalışacağıq ki, bu birbaşa dəstəyi cəmiyyətə, vətəndaş cəmiyyətinə, mediaya yönəldək. Bu haqda Lüksemburqda Xarici İşlər Şurasının iclası keçiriləndən sonra məlum olub. Gürcüstan hökumətinə birbaşa dəstəyimiz mərhələli şəkildə azalacaq və vətəndaş cəmiyyətinə və mediaya dəstək üçün yenidən istiqamətləndiriləcək. Çox təəssüf edirəm ki, bu yeni siyasət ilk olaraq bizim Müdafiə Nazirliyinə dəstəyimizə və Gürcüstanın müdafiə qüvvələrini dəstəkləmək üçün verməyi planlaşdırdığımız 30 milyona təsir edəcək”- Herçinski qeyd edib.