Pavel Herçinski - Gürcü siyasətçilərinin mənim haqqımda verdiyi bəyanatlara şərh verməmək mənim siyasətimdir, bunu şəxsi qəbul etmirəm
Pavel Herçinski - Gürcü siyasətçilərinin mənim haqqımda verdiyi bəyanatlara şərh verməmək mənim siyasətimdir, bunu şəxsi qəbul etmirəm

Avropa İttifaqını Gürcüstanda təmsil etmək kimi böyük şərəfə sahibəm. Mən işimi mümkün qədər yaxşı yerinə yetirməyə çalışıram, – bu barədə Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herçinski bildirib.

Pavel Herçinskiyə Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin bəyanatı ilə bağlı sual ünvanlanıb, burada Kobaxidze qeyd edib: “Herçinski faciəli bir insandır, Gürcüstanla Avropa İttifaqı arasındakı münasibətləri pozmaq üçün hər şeyi edirdi, onun rəhbərliyi ilə keçirilən tədbirin o qədər də dəyəri yoxdur”.

Diplomat cavab olaraq bildirib ki, onunla bağlı bəyanatları şəxsi qəbul etmir.

“Gürcüstanda işlədiyim ilk gündən bəri gürcü siyasətçilərinin mənim haqqımda verdiyi bəyanatlara şərh verməmək mənim siyasətim olub. Mən bunu şəxsi qəbul etmirəm. Avropa İttifaqını Gürcüstanda təmsil etmək kimi böyük şərəfə sahibəm. Mən işimi mümkün qədər yaxşı yerinə yetirməyə çalışıram”, – Herçinski bildirib.