Pavel Herçinski – Əgər Gürcüstan hakimiyyəti Avropa İttifaqına üzv olmağı ciddi şəkildə nəzərdən keçirirsə, onlar digər bütün ölkələr kimi eyni addımlar və prosedurlardan keçməlidirlər
Pavel Herçinski – Əgər Gürcüstan hakimiyyəti Avropa İttifaqına üzv olmağı ciddi şəkildə nəzərdən keçirirsə, onlar digər bütün ölkələr kimi eyni addımlar və prosedurlardan keçməlidirlər

Üzvlük ciddi qaydalara və meyarlara əsaslanır və biz bu meyarları bütün namizəd ölkələrə eyni şəkildə tətbiq edirik, qısa yol yoxdur, – bu barədə Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herçinski Avropa Günü ilə bağlı tədbirdə jurnalistlərə söhbətində bildirib.

Onun sözlərinə görə, Gürcüstan Avropa İttifaqına üzv olmaq üçün digər namizəd ölkələr kimi eyni addımları atmalıdır.

“Bu, açıq tədbirdir. Hər kəsi dəvət etdik və əminəm ki, şəhərin hər yerindəki afişaları gördünüz. Həmçinin sosial media platformasından, televiziya reklamlarından istifadə etdik və istəyən hər kəs bizə qoşulub Avropa Gününü bizimlə birlikdə qeyd edə bilər.

Hər dəfə təkrarlayıram ki, Avropa İttifaqı 2023-cü ilin დეკabr ayında yekdilliklə və ən yüksək səviyyədə prezidentlər və baş nazirlər səviyyəsində Gürcüstanın Avropa İttifaqına üzv olmaq imkanını açmaq barədə qərar qəbul etdi. Bu, Gürcüstan hakimiyyətinin iradəsinə əsaslanır. Bu, Gürcüstan hakimiyyətinin üzvlüklə bağlı suveren qərarı idi. Üzvlük bütün namizəd ölkələrə eyni şəkildə tətbiq etdiyimiz ciddi qayda və meyarlara əsaslanır. Qısa yol yoxdur. Əgər Gürcüstan hakimiyyəti Avropa İttifaqına üzv olmağı ciddi şəkildə nəzərdən keçirirsə, onlar digər bütün ölkələr kimi eyni addımlar və prosedurlardan keçməlidirlər”, – Herçinski bildirib.

Jurnalistin parlamentin sədri Şalva Papuaşvilinin açıq məktubu ilə bağlı sualına cavab olaraq Pavel Herçinski qeyd edib ki, məktubu qəbul ediblər, baş ofisə göndəriblər və müəyyən müddətdən sonra cavab geri qayıdacaq.