Pavel Herçinski - bəzi tövsiyələr yerinə yetirilib, bəziləri üzərində iş indi də davam edir, biz nəticələrə əsasən Gürcüstanın irəliləyişini qiymətləndirəcəyik
Pavel Herçinski - bəzi tövsiyələr yerinə yetirilib, bəziləri üzərində iş indi də davam edir, biz nəticələrə əsasən Gürcüstanın irəliləyişini qiymətləndirəcəyik

 

Gürcüstan parlamenti beynəlxalq təşkilatların, məsələn, Venesiya Komissiyasının və DTİHB-nin qiymətləndirməsini gözləyir. İş davam edəcək. Nəticələrə əsasən, biz Gürcüstanın tərəqqisini qiymətləndirəcəyik – bu barədə Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herçinski açıqlayıb.

Səfir parlamentin sədri Şalva Papuaşvili ilə Avropa Komissiyasının 12 tövsiyəsinin icrası ilə bağlı danışdığını bildirib.

“Mən yenidən Gürcüstan parlamentindəyəm, Şalva Papuaşvili ilə görüşüm oldu. İlin əvvəlində 12 öhdəliyin yerinə yetirilməsi prosesindən danışdıq. Bildiyiniz kimi, bəzi prioritetlər yerinə yetirilib, bəziləri üzərində iş indi də davam edir. Gürcüstan parlamenti beynəlxalq təşkilatların, məsələn, Venesiya Komissiyasının və DTİHB-nin qiymətləndirməsini gözləyir. İş davam edəcək. Biz nəticələrə əsasən Gürcüstanın irəliləyişini qiymətləndirəcəyik. Bu, Avropa Komissiyası tərəfindən oktyabr ayında dərc olunacaq və daha sonra Aİ-yə üzv dövlətlər nəticələri və növbəti addımları müzakirə edəcəklər. Beləliklə, bizi qarşıda olduqca işgüzar bir il gözləyir. Mən bütün qəlbimlə Gürcüstana və gürcü siyasətçilərinə uğurlar arzulayıram”-deyə Herçinski açıqlayıb.