Pavel Herçinski – Avropa İttifaqı toplaşmaq, söz və ifadə azadlığı prinsiplərinə əsaslanır; Avropa İttifaqına üzv olmaq istəyən hər bir ölkə bu prinsipləri qorumalıdır

16:55, 11.07.2026

Avropa İttifaqı prinsiplərə əsaslanır, onlardan ən mühümü isə toplaşmaq, söz və ifadə azadlığıdır, – bu barədə Aİ-nin Gürcüstandakı səfiri Pavel Herçinski bildirib.

Herçinskiyə „Lelo – Güclü Gürcüstan“ ın liderlərindən biri olan Aleko Elisaşvilinin hökmü ilə bağlı sual ünvanlanıb.

Suala cavab olaraq Herçinski qeyd edib ki, bu sual ədliyyə sisteminə ünvanlanıb və özü bu barədə şərh verməməlidir.

“Mənə ünvanladığınız hökmə gəlincə, bu sual ədliyə sisteminə aiddir və mən bu barədə şərh verməməliyəm. Deyə biləcəyim tək şey odur ki, Avropa İttifaqı prinsiplərə əsaslanır. Ən mühüm prinsiplər isə toplaşmaq azadlığı, söz azadlığı və ifadə azadlığıdır. Bunlar Avropa İttifaqının bütün üzv dövlətlərini birləşdirən fundamental prinsiplərdir və Avropa İttifaqına üzv olmaq istəyən hər bir ölkə bu prinsipləri qorumalıdır“, – Herçinski qeyd edib.

Məlumat üçün bildirək ki, terror aktına cəhd ittihamı ilə 29 noyabr epizodu üzrə Aleko Elisaşviliyə 13 il müddətinə azadlıqdan məhrum etmə cəzası verilib.

Oxşar