Pavel Herçinski - Avropa İttifaqı MSK və digər aidiyyatı qurumları pozuntuları zamanında, şəffaf və müstəqil şəkildə araşdırmağa və düzəltməyə çağırır
Hazırkı mərhələdə Avropa İttifaqı Gürcüstanın Mərkəzi Seçki Komissiyasını və digər aidiyyəti qurumları seçki pozuntularını zamanında, şəffaf və müstəqil şəkildə araşdırmağa və düzəltməyə çağırır,- bu barədə Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herçinski brifinqdə bildirib.
Avropa İttifaqının səfiri Birinci Kanalın jurnalistinin Cozef Borellinin seçki pozuntularının araşdırılması və qanunlara yenidən baxılması, həmçinin bu təklifin həyata keçirildiyi təqdirdə Gürcüstanın Avropa perspektivi ilə bağlı bugünkü bəyanatı ilə bağlı sualını cavablandırıb.
Herçinskinin dediyinə görə, Gürcüstan xalqının bu seçkilər zamanı baş verənlərlə bağlı aydınlığa ehtiyacı var. Bu pozuntular müəyyən edilməli və düzəldilməlidir. Bu, seçki prosesinə yönəlik inamı bərpa etmək üçün zəruri addımdır.
“Hazırkı mərhələdə Gürcüstan Mərkəzi Seçki Komissiyası seçkilərin rəsmi nəticələrini hələ elan etməyib.Yeni parlament hələ toplaşmayıb və müvafiq olaraq yeni hökumət formalaşmayıb. Seçki müşahidə missiyaları seçkilər zamanı bir sıra pozuntu və potensial seçki qanun pozuntusu barədə qeyd ediblər. Hazırkı mərhələdə Avropa İttifaqı Gürcüstanın Mərkəzi Seçki Komissiyasını və digər aidiyyatı qurumları seçki pozuntularını və ittihamları zamanında, şəffaf və müstəqil şəkildə araşdırmağa və düzəltməyə çağırır. Həmçinin, Gürcüstan Prokurorluğunun bəyanatları ilə tanış olduq. Gürcüstan əhalisinin bu seçkilər zamanı baş verənlərlə bağlı aydınlığa ehtiyacı var. Bu pozuntular müəyyən edilməli və düzəldilməlidir. Bu, seçki prosesinə etimadı bərpa etmək üçün zəruri addımdır”, – Herçinski bildirib.