Pavel Herçinski - Avropa əleyhinə ritorika son dərəcə faydasızdır, etimadı sarsıdır və əgər Gürcüstanın gələcəyi Avropa İttifaqındadırsa, bu, etimada əsaslanmalıdır
Pavel Herçinski - Avropa əleyhinə ritorika son dərəcə faydasızdır, etimadı sarsıdır və əgər Gürcüstanın gələcəyi Avropa İttifaqındadırsa, bu, etimada əsaslanmalıdır

Biz bunu dəfələrlə bildirmişik, təkrarlamışıq və bu günkü çıxışımda da dedim ki, Avropa əleyhinə ritorika son dərəcə faydasızdır, – bu barədə Aİ-nin Gürcüstandakı səfiri Pavel Herçinski bildirib.

Herçinski, Avropa Parlamentinin üzvləri Kşiştof Breyza və Mixal Şçerbanın “İmedi”, “Rustavi 2” və “POSTV” telekanallarına qarşı sanksiyaların tətbiq edilməsi tələbi ilə bağlı sualını belə cavablandırıb.

“Biz bunu dəfələrlə bildirmişik, təkrarlamışıq və bu günkü çıxışımda da dedim ki, Avropa əleyhinə ritorika son dərəcə faydasızdır. Etimadı sarsıdır və əgər Gürcüstanın gələcəyi Avropa İttifaqındadırsa, bu, etimada əsaslanmalıdır”, – Herçinski qeyd edib.

Bununla yanaşı, jurnalistlər Pavel Herçinskiyə Gürcüstan Xarici İşlər Nazirliyində keçirilən görüş barədə sual ünvanlayıblar. Avropa İttifaqı səfiri görüşü təsdiqləyib, Lakin o, detallar barədə danışmayıb.

“Xarici işlər naziri ilə görüşə dəvət olunduğumu təsdiq edə bilərəm. Bu görüşdən sonra bəyanat yaydıq. Həmin bəyanata əlavə edəcək başqa bir sözüm yoxdur”, – Herçinski qeyd edib.