Pavel Herçinski - 23 iyun tarixində Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirləri aylıq şura çərçivəsində görüşəcək və Gürcüstanda nə baş verdiyini müzakirə edəcəklər
Pavel Herçinski - 23 iyun tarixində Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirləri aylıq şura çərçivəsində görüşəcək və Gürcüstanda nə baş verdiyini müzakirə edəcəklər

Təsdiq edə bilərəm ki, birigün – 23 iyun tarixində Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirləri aylıq şura çərçivəsində görüşəcəklər və Gürcüstanda baş verənləri müzakirə edəcəklər, – bu barədə Avropa İttifqaının Gürcüstandakı səfiri Pavel Herçinski jurnalistlərə bildirib.

Onun dediyinə görə, böyük ehtimalla üzv ölkələr üç məsələni müzakirə edəcəklər.

“Üzv ölkələr istədiklərini müzakirə edə bilərlər. Mən dəqiq bilmirəm nə barədə danışılacaq, amma hazırlıq müzakirələri əsasında, nisbətən aşağı səviyyədə, səfirlərin səviyyəsində deyə bilərəm ki, böyük ehtimalla üzv ölkələr üç məsələni müzakirə edəcəklər. Birinci məsələ Avropa İttifaqına qarşı böyük dezinformasiya, Gürcüstanda baş verən Avropa İttifaqının demonizasiyası və bu hakimiyyətin ən yüksək səviyyəsində baş verir; İkinci məsələ insan hüquqlarının pozulmasına görə sanksiyaların tətbiqi ehtimalıdır; üçüncü məsələ isə gürcü vətəndaşlarının faydalandığı vizasız gediş-gəliş imtiyazıdır və gürcülər bundan insan hüquqlarının ciddi pozuntusu fonunda faydalanırlar “, – Herçinski bildirib.