Patrul polisi narkotik cinayəti ittihamı ilə bir nəfəri saxlayıb
Patrul polisi narkotik cinayəti ittihamı ilə bir nəfəri saxlayıb

Keçirilən əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində Daxili İşlər Nazirliyinin Patrul Polisi Departamentinin Tbilisi Baş İdarəsinin əməkdaşları narkotik vasitəni qanunsuz əldə edilməsi və saxlanılması ittihamı ilə 1989-cu il təvəllüdlü R. A.-ni saxlayıblar. Məlumatı Daxili İşlər Nazirliyi yayır.

Daxili İşlər Nazirliyinin məlumatına görə, cinayət altı ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur.

“Patrul polisinin əməkdaşları R. A.-ni Tbilisidə piyada hərəkət edərkən onu yoxlamaq məqsədi ilə saxlayıblar. Hüquq-mühafizə orqanlarının əməkdaşları saxlanılan şəxsin üzərində aparılan axtarış zamanı 20 büküm şəklində qablaşdırılmış “klefedron” narkotik vasitəsini maddi sübut kimi götürüblər.

Polis R.A.-ni təqsirləndirilən şəxs qismində hadisə yerində saxlayıb.

“İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsi ilə aparılır”, – məlumatda qeyd olunur.