Gürcüstan Daxili İşlər Nazirliyinin Patrul Polisi Departamentinin Tbilisi Baş İdarəsinin əməkdaşları həyata keçirilən operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində böyük miqdarda narkotik vasitənin qanunsuz əldə edilməsi, saxlanılması, satışı və satışına cəhd ittihamı ilə 1997-ci il təvəllüdlü P. K.-nı saxlayıblar.
Daxili İşlər Nazirliyinin məlumatına görə, cinayətlər 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetməni nəzərdə tutur.
“Hüquq-mühafizə orqanlarının əməkdaşları narkotik cinayətində ittiham olunan şəxsin üzərinə baxış keçirərkən, həmçinin onun göstərdiyi ünvanlardan satış məqsədilə gizlədilmiş və beş bağlamada qablaşdırılmış narkotik vasitə – “Metadon”u maddi sübut kimi götürüblər.
İstintaq Cinayət Məcəlləsinin 260-cı maddəsinin 2-ci hissəsi, 18-260-cı tertsia maddənin 5-ci hissəsi, həmçinin, 19-260-cı tertsia maddənin 5-ci və 4-cü hissələri ilə davam etdirilir”, – DİN-nin məlumatında deyilib.