Patriarxlıq - II İlianın qərarı ilə fəlakətdən zərər çəkənlər üçün Patriarxlıqdan qida məhsulu, geyim, dərmanlar və isti adyallar göndəriləcək
Qərbi Gürcüstanda güclü qar xalqımız və ümumilikdə ölkəmiz üçün ağır nəticələr gətirdi. Təəssüf ki, qurban da var. Hakimiyyət, xilasetmə xidmətləri və könüllülər – hərkəs fəlakət zonasında olanlara kömək etməyə çalışır, – bu barədə Gürcüstan Patriarxlığının bəyanatında deyilib.
Bəyanatda qeyd edildiyi kimi, II İlianın qərarı ilə fəlakətdən zərər çəkənlər üçün Patriarxlıqdan qida məhsulu, geyim, dərmanlar və isti adyallar göndəriləcək.
“Ümumi Gürcüstanın Katolikos-Patriarxı həzrətləri və mübarək II İlianın qərarı ilə Gürcüstan Patriarxlığından zərər çəkənlər üçün qida məhsulu, geyim, dərmanlar və isti adyallar və s. göndəriləcək. Allah fəlakət zonasında olanları qorusun, Allah bütün Gürcüstanı fəlakətlərdən qorusun.
P.S. Dəstəyinə görə “Aversi” Xeyriyyə Fonduna təşəkkür edirik”, – Gürcüstan Patriarxlığının bəyanatında deyilib.