Patriarxın vəftiz etdiyi uşaqlar İkinci İlianın xatirəsinə həsr olunmuş yürüş təşkil edirlər [Foto]
Patriarxın vəftiz etdiyi uşaqlar İkinci İlianın xatirəsinə həsr olunmuş yürüş təşkil edirlər [Foto]

Ümumi Gürcüstanın Katolikos-Patriarxı, Mtsxeta-Tbilisi arxiyepiskopu, Bicvinta və Tsxum-Abxaziya mitropoliti İkinci İlianın vəftiz etdiyi uşaqlar Patriarxın xatirəsinə həsr olunmuş yürüş təşkil edirlər.

Patriarxın vəftiz etdiyi uşaqlar və onların ailə üzvləri Avlabari metro stansiyasında toplaşıblar və oradan Üçlük Məbədinə doğru gedəcəklər.

Ümumi vəftiz ideyası Gürcüstanın Katolikos-Patriarxına məxsusdur. İkinci İlianın vəftiz etdiyi uşaqlar evli cütlüklərin üçüncü və sonrakı övladlarıdır. İlk ümumi vəftiz 2008-ci ildə keçirilib.