Patriarxın seçilməsi ilə əlaqədar olaraq, 11 may tarixində saat 09:00-dan 18:00-dək Samebanın ətraf ərazisində bir neçə istiqamətdə avtonəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Daxili İşlər Nazirliyinin məlumatına görə, Gürcüstan Patriarxının seçilməsi ilə əlaqədar olaraq, 11 may tarixində saat 09:00-dan 18:00-dək Üçlük məbədinin ətraf ərazisində avtomobillərin hərəkəti müvəqqəti olaraq aşağıdakı istiqamətlərdə məhdudlaşdırılacaq:
Buxaidze küçəsindən Samreklo küçəsi istiqamətində avtomobillərin hərəkəti qadağan ediləcək.
Buxaidze küçəsində də avtonəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq. Sözügedən hissədə hərəkət yalnız piyadalar üçün mümkün olacaq;
Axvlediani meydanı və Axvlediani yoxuşunda, həmçinin Niabi küçəsindən Qumbri küçəsi istiqamətində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.
„Avlabari“ metro stansiyasının ətraf ərazisində Qonaşvili küçəsindən Mesxişvili küçəsi istiqamətində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.
Qurumun məlumatına görə, Axvlediani meydanı və Xetaqurov küçəsində dayanacaq yerləri təşkil ediləcək, oradan Üçlük məbədinə xüsusi ayrılmış mikroavtobuslar vasitəsilə və ya Axvlediani küçəsi ilə piyada getmək mümkün olacaq. Həmçinin, „Avlabari“ metrostansiyasından Qonaşvili küçəsi ilə piyada hərəkət etmək mümkün olacaq.