Pasientlər bu gündən həkimin təyinatını elektron vasitəsi ilə yoxlaya bilərlər
Vətəndaşların bu gündən beş və artıq medikamentin təyin edilməsi təqdirində təyinatın yoxlamasına imkanı olacaq.
Səhiyyə Nazirliyinin məlumatına görə, Nazirliyin veb səhifəsində xüsusi funksiya əlavə olunacaqdır ki, onun vasitəsi ilə istənilən marağında olan şəxs, öz təyinatını Səhiyyə Nazirliyinin xüsusi qrupuna göndərə biləcək.
Həkimin təyinatını, Səhiyyə Nazirliyi tərəfindən müəyyən olunan meyarlara müvafiq olaraq, xüsusi yaradılmış komissiya yoxlayacaq. İldə bir neçə dəfə aşkar olunan pozuntular təqdirində Nazirlik həkimlərin məsuliyyəti barəsində müzakirə edəcək.
Təyinatın yoxlanılmasının video instruksiyasını burada izləyə bilərsiniz.