Parlamentin yaxınlığında etirazçılarla hüquq-mühafizə orqanları əməkdaşları arasında vaxtaşırı qarşıdurma baş verir
Parlamentin yaxınlığında etirazçılarla hüquq-mühafizə orqanları əməkdaşları arasında növbəti qarşıdurma baş verib. Polis bir neçə nəfəri hadisə yerindən uzaqlaşdırıb, lakin onların həbs edilib-edilmədiyi hələlik məlum deyil.
Bundan əvvəl hüquq-mühafizə orqanlarının əməkdaşları aksiya iştirakçılarını yolun hərəkət hissəsini açmağa çağırıblar, bundan sonra da qarşıdurma baş verib.
Daha sonra parlamentin yaxınlığında toplaşanlar yürüş keçirib. “Qul”, “qul” şüarları səslənirdi, yürüş zamanı isə daha bir qarşıdurma baş verdi. Hüquq-mühafizə orqanları əməkdaşları aksiya iştirakçılarından birini patrul polisi avtomobilinə mindirərək hadisə yerindən uzaqlaşdırıb.
Parlamentin yaxınlığında həmrəylik aksiyası saat 12:00-da başlayıb. Etirazçılar dünənki aksiyada iki nəfərin həbsinə etiraz edirlər. Aksiya iştirakçıları dünən aksiyada iki nəfərin saxlanılmasına etiraz edirlər. Onlar bildiriblər ki, saxlanılmış şəxslər hüquq-mühafizə orqanlarının əməkdaşlarını Pasxa bayramı münasibəti ilə təbrik edirlərmiş, bu isə aksiya iştirakçılarının dediyinə görə, onların saxlanılmasının səbəbi olub.
Daxili İşlər Nazirliyinin məlumatına görə, sözügedən iki şəxs hüquq-mühafizə orqanlarının əməkdaşlarına tabe olmadıqları üçün inzibati qaydada saxlanılıb.