Parlamentin sədri Şalva Papuaşvili parlament üzvləri ilə birlikdə Axmeta bələdiyyəsində keçirilən “Xadoroba – 2026” ümumxalq bayramında iştirak edib
Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili, parlament üzvləri ilə birlikdə Axmeta bələdiyyəsində olub.
Şalva Papuaşvili və deputatlar Matani kəndinin və Pankisi dərəsinin Duisi kəndinin sakinləri ilə görüşüblər. Parlamentin mətbuat xidmətinin məlumatına görə, görüşlərdə sosial-iqtisadi və infrastruktur layihələrindən, həmçinin kənd təsərrüfatının inkişafı məsələlərindən bəhs olunub.
Xadori kəndinə səfər zamanı parlament üzvləri Xadori Tanrının Anası adına kilsəsində təntənəli mərasimdə iştirak ediblər. Yerli xalq sənətkarlarının əl işlərinə baxış keçirib.
Şalva Papuaşvili parlament üzvləri ilə birlikdə “Xadoroba” bayramında iştirak edib və yerli xalq sənətkarlarının əsərlərinə baxıblar.