Parlamentin İstintaq Komissiyasının müraciəti əsasında Prokurorluq Mamuka Xazaradzenin işi üzrə istintaqa başlayıb
Gürcüstan Prokurorluğu Mamuka Xazaradzenin işi üzrə Cinayət Məcəlləsinin 349-cu maddəsi ilə istintaqa başlayıb. Bu barədə Gürcüstanın Birinci Kanalına prokurorluq bildirib.
Prokurorluqda bildirdiklərinə görə, Xazaradzeyə qarşı Gürcüstan parlamentinin müvəqqəti təhqiqat komissiyasının tələbini yerinə yetirmədiyinə görə istintaq başlayıb, bu da cərimə və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə və ya üç ilədək müddətə vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə ilə cəzalandırılır.
Mamuka Xazaradzenin işi parlamentin istintaq komissiyasına gəlmədiyi üçün martın 25-də prokurorluğa göndərilib.