Parlamentin İstintaq Komissiyasına gəlmədiyi üçün Nika Meliyanın işi prokurorluğa göndəriləcək
Gürcüstan parlamentində “2003-2012-ci illərdə mövcud rejimin və rejimin siyasi yüksək rütbəli şəxslərinin fəaliyyətini araşdıran Müvəqqəti İstintaq Komissiyası”nın iclasına gəlmədiyi üçün “Yeni” partiyasının liderlərindən biri olan Nika Melianın işi prokurorluğa göndəriləcək.
Bu barədə qərarı parlament komissiyasının bugünkü iclasında qəbul ediblər. Məsələ komissiyanın rəhbəri Tea Tsulukiani tərəfindən səsə qoyulub.
Xatırladaq ki, parlamentin istintaq komissiyasına gəlmədiyi üçün Qiorqi Vaşadzenin işi də prokurorluğa göndəriləcək. Qeyd olunan barədə komissiyanın rəhbəri Tea Tsulukiani bugünkü iclasda məsələyi qaldırıb və komissiya üzvləri dəstəkləyiblər.