Parlamentdə bu gün xalq müdafiəçiliyinə namizədlərin səsə qoyulması olmayacaq
Parlamentdə bu gün xalq müdafiəçiliyinə namizədlərin səsə qoyulması olmayacaq

Parlamentin bu günki plenar iclasında xalq müdafiəçiliyinə namizəd Nino Lomcariyanı, sabah isə “Vətənpərvərlər Aliyansının” namizədi Giorgi Popxadzeni dinləyəcəklər.

Büronun bu günki iclasında parlamentin spiker müavini, İrma İnaşvili məsələnin başqa vaxta keçirilməsini tələb etdi. Bununla isə, parlamentin sədri İrakli Kobaxidze razılaşmadı.

Kobaxidzenin dediyinə görə, Nino Lomcariya artıq Kutaisidədir və onun dinlənilməməsi düzgün deyil. Spikerin açıqladığına görə, reqlamenti nəzərə alaraq, Xalq Müdafiəçisini vəzəfəyə təyin etmə, dinləmə olmadan da mümkündür, lakin çoxluq istəyir ki, məsələ üzrə müzakirə baş versin.

İrakli Kobaxidze İnaşviliyə təklif etdi ki, oun namizədini sabah dinləsinlər və səsvermə də bundan sonra baş versin.

Şərh yaz