Parlament yeni məktəb dərsliklərinin mərhələli şəkildə tətbiqini nəzərdə tutan dəyişikliyi dəstəkləyib
Gürcüstan Parlamenti “Ümumi təhsil haqqında” qanuna yeni məktəb dərsliklərinin mərhələli şəkildə tətbiqini nəzərdə tutan dəyişikliyi 77 səslə dəstəkləyib.
Məsələni plenar iclasda birinci oxunuşda, sürətləndirilmiş qaydada təhsil, elm və gənclər nazirinin müavini Tamar Maxaraşvili təqdim edib.
Qanun layihəsi Nazirlik tərəfindən hazırlanmış məktəb dərsliklərinin ayrı-ayrı siniflər və fənlər üzrə 2026-2027 və 2027-2028-ci tədris illəri ərzində tədris prosesinə mərhələli şəkildə tətbiq edilməsini nəzərdə tutur.
Qanun layihəsinə əsasən, 2028-ci ilin sentyabrın 1-dən ümumi təhsil müəssisələri ümumi təhsil fəaliyyətini yalnız nazirlik tərəfindən hazırlanmış və/və ya nazirliklə razılaşdırılmış dərsliklərlə həyata keçirməyə məcbur olacaqlar.
Müvafiq olaraq, məktəb dərsliklərinin hazırlanması və onların tədris prosesinə tətbiqi mərhələli şəkildə həyata keçiriləcək və 2028–2029-cu tədris ilinin başlanmasına qədər tamamilə başa çatdırılacaq.
Gürcüstan Parlamentinin mətbuat xidməti məlumat yayır.