Parlament Qiorqi Qabitaşvilini Gürcüstanın baş prokuroru vəzifəsinə təsdiqləyib
Qiorqi Qabitaşvili Gürcüstanın yeni baş prokurorudur. Parlament Qabitaşvilinin namizədliyini səsə qoyub və 80 səslə təsdiqləyib. O, altı il müddətinə vəzifəyə təyin edilib.
Səsvermə plenar iclasda müzakirə olmadan keçirilib.
Prokurorluq Şurası tərəfindən təqdim edilmiş namizədi bundan əvvəl Hüquq Məsələləri Komitəsinin iclasında dinləyiblər.
İyulun 11-də Prokurorluq Şurasında keçirilən səsvermə nəticəsində Qiorqi Qabitaşvilinin baş prokuror vəzifəsinə namizədliyi seçilib. Şuranın 11 üzvü onu dəstəkləyib.