Parlament çoxluğunun nümayəndələri Avropa Şurası Parlament Assambleyasının seçkiöncəsi müşahidə missiyasının üzvləri ilə görüşüblər
Parlament çoxluğunun nümayəndələri Avropa Şurası Parlament Assambleyasının seçkiöncəsi müşahidə missiyasının üzvləri ilə görüşüblər

 
Parlament çoxluğunun nümayəndələri Qivi Mikanadze, Maka Bocorişvili və Levan Karumidze Gürcüstanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının seçkiöncəsi müşahidə missiyasının üzvləri ilə görüşüblər.

Avropaya İnteqrasiya Komitəsinin sədri Maka Bocorişvilinin görüş başa çatdıqdan sonra dediyi kimi, missiyanın üzvləri Gürcüstan hakimiyyətinin dəvəti ilə Tbilisidədirlər.

“Onların əsas məqsədi seçkiöncəsi mühitlə tanış olmaq, müxtəlif siyasi partiyaları dinləmək və seçkiöncəsi mühitlə bağlı gələcək qiymətləndirmələr aparmaqdır. Biz onlara seçkiöncəsi kampaniyanın necə getdiyi, bu prosesdə hansı çətinliklərlə üzləşdiyimiz haqda məlumat verdik və əlbətdə, seçkilərlə və ümumiyyətlə siyasi proseslərlə bağlı onların suallarını cavablandırdıq” – Maka Bocorişvili qeyd edib.

Məlumatı Gürcüstan Parlamentinin mətbuat xidməti yayır.