Parlament İctimai Yayımçının Qəyyumlar Şurasının üzvü olaraq İzabela Osipovanı təsdiq etdi
Parlament İctimai Yayımçının Qəyyumlar Şurasının üzvü olaraq İzabela Osipovanı 93 leyhinə və heç kim əleyhinə olmayaraq, təsdiq etdi.
İctimai Yayımçının Qəyyumlar Şurasının üzvlüyünə namizəd olaraq İzabela Osipovanı Gürcüstan parlamentinə Xalq Müdafiəçisi, Nino Lomcariya təqdim etdi.
İlk başdan, Xalq Müdafiəçisi Nino Lomcariya, İctimai Yayımçının Qəyyumlar Şurasının üzvlüyünə namizəd olaraq, CİDA-nın o zamankı rəhbəri, Zviad Devdarianini təqdim etmişdir.
Lakin onu Qadınlar Hərəkatının nümayəndələri cinsi sıxışdırmada günahlandırdılar. Zviad Devdariani qeyd olunanlara görə, namizədliyini geri götürdü.