Parlament hökumətə etimad ifadəsi prosesinə sabahdan başlayacaq
Parlament hökumətə etimad ifadəsi prosesinə sabahdan başlayacaq

Parlament hökumətə etimad ifadəsi prosesinə sabahdan başlayacaq. Sabah, saat 13:00-da Xarici Əlaqələr Komitəsinin iclası təyin edilib, burada xarici işlər naziri vəzifəsinə namizəd Maka Boçorişvilinin məruzəsi dinləniləcək.

Komitənin iclasından əvvəl büronun iclası keçiriləcək, onu hökumətin yenilənmiş tərkibi və hökumət proqramını rəsmi olaraq baş nazirliyə namizəd İrakli Kobaxidze təqdim edəcək.

Reqlamentə əsasən, parlament komitələri sahələr üzrə nazirliyə namizədləri dinləyəcək və plenar iclasda hökumət komandası ilə birlikdə baş nazirliyə namizəd parlamentə təqdim olunacaq.

Hökumətə etimad səsverməsi üçün 76 deputatın dəstəyi lazımdır.