Parlament qarşısındakı aksiyada dzyudoçular David Kevxişvilinin istefasını bir daha tələb etdilər (fotohadisə)

20:15, 27.05.2018

Tbilisidə, Parlament binası qarşısındakı aksiyada dzyudoçular Dzyudo Federasiyası prezidentinin, David Kevxişvilinin istefasını bir daha tələb etdilər.

Rustaveli prospektində dzyudoçular  və onların tərəfdarları iki saatlıq aksiya keçirdilər.

İdmançıların tələbi dəyişməzdir – Dzyudo Federasiyası prezidenti istefa versin.

Rustaveli prospektində toplaşanlar aksiyanı Gürcüstan himni ilə başa çatdırdılar.

Bundan başqa, aksiya iştirakçılarının əksəriyyəti Xorava küçəsində qətlə yetirilən gəncin atasının, Zaza Saralidzenin planlaşdırdığı aksiyaya qoşuldu.

Oxşar