Parlament Çoxluğunun üzvləri Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin üzvləri ilə görüşüblər
Parlament Çoxluğunun üzvləri Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin üzvləri ilə görüşüblər

Parlament çoxluğunun üzvləri Gürcüstanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin üzvləri ilə görüşüb.

Görüş zamanı tərəflər parlament seçkiləri, ATƏT/DTİHB-nin tövsiyələri, ölkədəki mövcud siyasi vəziyyət, davam edən etiraz aksiyaları, müxalifətin hərəkətləri ilə bağlı söhbət ediblər.

“Gürcü arzusu” fraksiyasının sədrinin birinci müavini İrakli Kirtsxalianın görüşdən sonra gürcü tərəfinin nümayəndə heyəti üzvlərinin suallarına faktiki cavab verdiyini bildirib.

“Biz həmişə deyirik ki, hər hansı müşahidə missiyasının, tərəfdaş ölkəmizin və ya siyasi qrup nümayəndələrinin səfər etməsi, hər bir faktı və bugünkü Gürcüstan reallığında mövcud olan vəziyyəti obyektiv şəkildə əks etdirir. Ümumiyyətlə, obyektivlik və həqiqət bizim üçün ən vacibdir.

“Ümid edirik ki, bu görüşdən sonra hazırlanacaq hesabat dostlarımızın maraqlandığı hər bir faktı obyektiv və ədalətli şəkildə əks etdirəcək”, – İrakli Kirtsxalia bildirib.

Görüşdə parlament çoxluğunun üzvləri: Tea Tsulukiani, Givi Mikanadze, Rati İonatamişvili, Zviad Şalamberidze, Levan Maçavariani, Mariam Laşxi və Eka Sepaşvili də iştirak edirdilər.

Məlumatı Gürcüstan parlamentinin mətbuat xidməti yayır.