Parisin mərkəzi küçəsində silahlı şəxs atəş açıb, ən azı 3 nəfər həlak olub
Parisin mərkəzi küçəsində silahlı şəxs atəş açıb, ən azı 3 nəfər həlak olub.
Atışma nəticəsində 4 nəfər yaralanıb, onlardan ikisinin vəziyyəti ağırdır.
Qərb mediasının məlumatında 69 yaşlı şübhəlinin polis tərəfindən qısa müddət sonra saxlanıldığı deyilir. Hücumun motivi və ya hədəfi qeyri-müəyyən olaraq qalır.
Yayılmış məlumatda şübhəli şəxsin Fransa vətəndaşı olduğu və onun barəsində iki qətl cəhdi ilə bağlı polisin məlumatı olduğu deyilir.
Şahidlər hadisə yerində yeddi-səkkiz dəfə atəş səsinin eşidildiyini bildiriblər. Fransanın daxili işlər naziri Jerald Darmanin “dramatik atışma”nın baş verdiyi yerə baş çəkmək üçün Parisə gedəcəyini bildirib.