Parisdə Ukraynaya dəstək üçün beynəlxalq konfransın açılışı baş tutub

14:55, 13.12.2022

 

Parisdə Ukraynaya dəstək üçün beynəlxalq konfransın açılışı baş tutub. Forumda 45 ölkə və 20 beynəlxalq təşkilat iştirak edir.

Konfransın məqsədi Rusiyanın Ukraynanın kritik infrastrukturuna hücumları fonunda Kiyevin lazımi yardımı almasıdır.

Forumun açılışını Fransa Prezidenti Emmanuel Makron edib. O, bir daha Kiyevi dəstəklədiyini bildirib və Rusiyanın Ukraynaya qarşı əsassız hücumunu pisləyib. Makron çıxışında Rusiyanın raket hücumlarını müharibə cinayəti adlandırıb.

Ukrayna Prezidenti Volodimir Zelenski distant şəkildə konfrans iştirakçılarına müraciət edib. Ukrayna prezidenti Rusiyanın mühüm infrastruktur obyektlərinə bir sıra zərbələr endirməsi nəticəsində 12 milyon ukraynalının elektrik enerjisi çatışmazlığı yaşadığını açıqlayıb. Zelenski Ukraynanın indi enerji generatorlarına, eləcə də hərbçilər üçün zirehli maşınlara və zirehli jiletə ehtiyacı olduğunu bildirib.

Ukraynanın birinci xanımı Yelena Zelenska və Ukraynanın baş naziri Denis Şmiqal konfransda iştirak edir.

Görüşdə Kiyevin qış dövründə lazımi yardımı sürətli və ləngimədən alması üçün Ukraynaya beynəlxalq yardımın koordinasiyası üçün lazımi sistem yaradılmalıdır.

Oxşar