Parisdə kürd mədəniyyət mərkəzinin yaxınlığında keçirilən etiraz aksiyası toqquşmaya çevrilib, hüquq-mühafizə orqanları aksiya iştirakçılarına qarşı gözyaşardıcı qazdan istifadə ediblər

12:32, 24.12.2022

 

Parisdə kürd mədəniyyət mərkəzinin yaxınlığında keçirilən etiraz aksiyası toqquşmaya çevrilib. Fransa polisi etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib.

Kürd diasporunun nümayəndələri bir neçə saat əvvəl ərazidə 3 nəfərin öldürülməsindən sonra etiraz aksiyası keçiriblər. Hücumun keçmiş qatar maşinisti 69 yaşlı fransız tərəfindən törədilməsinə baxmayaraq, etirazçılar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın adını da səsləndiriblər.

Hüquq-mühafizə orqanları hücumun irqçilik zəminində törədildiyini hesab etsə də, motivi hələlik məlum deyil. Hücum edən şəxs keçmişdə məhkum olunmuş şəxsdir.

Oxşar