Parisdə bir kişi küçədə yoldan keçən insanlara soyuq silahla hücum edib, üç qadın xəsarət alıb
Parisin şimal-qərbindəki şəhərətrafı qəsəbədə bir kişi küçədə yoldan keçən qadınlara soyuq silahla hücum edib. Hadisə nəticəsində 19, 24 və 36 yaşlarında üç qadın yaralanıb və xəstəxanaya yerləşdirilib. Onlardan ikisinin vəziyyəti kritik ağırdır.
Yayılan məlumata görə, xəsarət alanlardan biri hamilədir. Hücum edən şəxs artıq saxlanılıb. O, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən zərərsizləşdirilib.
Hücumun motivi hazırda məlum deyil.
Polis hadisəni hələlik terror aktı kimi qiymətləndirməyib.