Paris metrosunda bir kişi üç qadına soyuq silahla hücum edərək onlara xəsarət yetirib.
Hadisə müxtəlif metro stansiyalarında baş verib.
Yaralılardan ikisi kürəyindən xəsarət alıb, digəri isə ayağından. Onlardan ikisi xəstəxanaya aparılıb, onların vəziyyətləri stabildir.
Hücum edən şəxs artıq polis tərəfindən saxlanılıb. O, 2024-cü ildə cinsi təcavüz və oğurluğa görə həbs edilmiş 25 yaşlı Mali əsilli kişidir. Azadlığa buraxıldıqdan sonra ona ölkəni tərk etmək tapşırılıb, lakin səyahət sənədləri ilə bağlı problemlər səbəbindən deportasiya baş tutmayıb.